Yuxarı

Sudanda hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

Sudanda hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

Bakı. 22 sentyabr. REPORT.AZ/ Sudanın Hərbi Hava Qüvvələrinə məxsus "K-8" təyyarəsi qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə "Sudan Tribune" ordunun briqada generalı Əhməd Xalif əş-Şama istinadən xəbər verib.

Bildirilir ki, hadisə paytaxt Xartum şəhəri yaxınlığında təlim uçuşu zamanı qeydə alınıb. Qəza zamanı 2 təyyarəçi həlak olub. 

İlkin ehtimala görə, təyyarənin qəzaya uğramasına qəfil yaranmış texniki çatışmazlıq səbəb olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi