Yuxarı

Sudanda hərbi hakimiyyətə qarşı kütləvi etiraz yürüşü hazırlanır

Sudanda hərbi hakimiyyətə qarşı kütləvi etiraz yürüşü hazırlanır

Sudanda hakimiyyəti Hərbi Şuradan mülki hökumətə ötürməyi tələb edən hərəkat aprelin 25-də azı milyon nəfərin iştirakı ilə yürüş təşkil etməyi qarşıya məqsəd qoyur.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, hərəkatın başında gedənlərdən Sudan Peşəkarlar Assosiasiyasının liderlərindən Əhməd əl-Rəbiyyə bu yöndə çağırış edib.

Paytaxt Xartumda Müdafiə Nazirliyi binasının qarşısında son günlər toplaşan minlərlə etirazçı hakimiyyətin mülki hökumətə təhvil verilməsi tələblərinin yerinə yetirilməyincə dağılışmayacaqlarını bildirirlər.

Aprelin 21-də Hərbi Şuranın hakimiyyəti dərhal mülki hökumətə ötürmək tələbini yerinə yetirmədiyini bildirən hərəkat Şura ilə apardıqları danışıqları dayandırmışdı.

Xatırladaq ki, aprelin 11-də Müdafiə naziri Avad bin Aud ölkəni 1989-cu ildən idarə edən Prezident Ömər əl Bəşiri həbs etdiklərini açıqlamışdı. Bundan sonra yaradılan Həbri Şuranın yeni hökumət yaradılanadək yaxın iki il ərzində ölkəni idarə edəcəyi açıqlanmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi