Stokholmda insanlara hücumdan sonra saxlanılan şəxs terror aktı törətməkdə təqsirləndirilir

Stokholmda insanlara hücumdan sonra saxlanılan şəxs terror aktı törətməkdə təqsirləndirilir Hücumda şübhəli bilinən şəxs Özbəkistan vətəndaşıdır
Digər ölkələr
8 Aprel , 2017 12:16
Stokholmda insanlara hücumdan sonra saxlanılan şəxs terror aktı törətməkdə təqsirləndirilir

Bakı. 8 Aprel. REPORT.AZ/ Stokholmda insanların üzərinə yük maşınını sürdükdən sonra saxlanılan şəxs terror aktı törətməkdə təqsirləndirilir.

“Report” “Radio Sweden”ə istinadən xəbər verir ki, hücumda şübhəli bilinən şəxs Özbəkistan vətəndaşıdır.

Polisin məlumatına görə, saxlanılan şəxs, çox güman ki, yük maşınının sürücüsüdür. O, iş üzrə saxlanılan hələ ki, yeganə şəxsdir.

Bundan əlavə, polis yük maşınında partlayıcı maddə aşkar edib.

Bir qədər əvvəl Stokholm polisi şəhərin mərkəzində yük maşınını insanların üzərinə sürməkdə ittiham olunan şəxsi saxladıqları barədə məlumat yayıb. Daha sonra Stokholmda hücumda şübhəli bilinən ikinci şəxs saxlanılıb.

Apelin 7-si yük maşınının sürücüsü Sergelstorq meydanında maşını insanların üzərinə sürüb. Avtomobil univermağa çırpılaraq yanıb. Son məlumatlara görə, dörd nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi