ABŞ-ın xüsusi nümayəndəsi sabah KXDR-ə gələcək

ABŞ-ın xüsusi nümayəndəsi sabah KXDR-ə gələcək Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ-ın xüsusi nümayəndəsi Stiven Biqen Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfər edəcək.
Digər ölkələr
5 Fevral , 2019 04:32
ABŞ-ın xüsusi nümayəndəsi sabah KXDR-ə gələcək

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ-ın xüsusi nümayəndəsi Stiven Biqen Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfər edəcək.

"Report"un məlumatına görə, bu barədə TASS məlumat yayıb.

ABŞ Dövlət Departamentinə istinadən yayılan məlumatda bildirilir ki, səfər sabah – fevralın 6-da baş tutacaq. Səfərdə məqsəd ABŞ-la KXDR arasında keçiriləcək ikinci sammitə hazırlıqdır. 

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, o, Birləşmiş Ştatların prezidenti Donald Trampın Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla görüşünün fevralın sonunda baş tutacağını güman edir.

Son xəbərlər

Orphus sistemi