Yuxarı

Stavropol diyarında baş verən yanğında dörd nəfər ölüb

​Stavropol diyarında baş verən yanğında dörd nəfər ölüb

Rusiyanın Stavropol diyarında baş verən yanğında biri uşaq olmaqla dörd nəfər ölüb.

“Report”un xəbərinə görə, bu barədə RİA “Novosti”yə Fövqəladə Hallar Nazirliyinin bölgədəki baş idarəsindən məlumat verilib.

Hadisə Qorkaya Balka kəndindəki fərdi evdə baş verib. Yanğının kəşfiyyatı zamanı dörd nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yanğının qarşısı alınıb və hazırda hadisənin baş vermə səbəbi müəyyənləşdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi