Yuxarı

Şri-Lankanın paytaxtında daha bir partlayış baş verib

​Şri-Lankanın paytaxtında daha bir partlayış baş verib

Şri-Lankanın paytaxtı Kolombo şəhərində yük maşınındakı bombanın zərərsizləşdirilməsi üzrə işlər aparılarkən kilsənin yaxınlığında növbəti partlayış baş verib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Reuters" agentliyi şahidlərin məlumatına əsasən bildirib ki, aprelin 21-də partlayışın törədildiyi kilsənin yaxınlığında yük maşını partlayıb. Hadisə istehkamçıların bombanı zərərsizləşdirməyə çalışdığı an baş verib. Son məlumatlara görə, partlayışlar nəticəsində ölənlərin sayı 290-a çatıb, 500 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi