Yuxarı

Şri-Lankadakı terror zamanı Danimarkanın ən varlı vətəndaşının 3 övladı həlak olub

Şri-Lankadakı hücumlarda ən varlı danimarkalının övladları ölüb

Şri-Lankadakı məlum terror hücumları nəticəsində Danimarkanın ən zəngin vətəndaşı olan Anders Holx Povlsen dörd övladından üçünü itirib.

“Report” “The Mirror”a istinadən xəbər verir ki, Şotlandiyanın ən iri torpaq sahibi, “Bestseller” geyim dükanlar şəbəkəsinin sahibi, Böyük Britaniyanın “Asos.com” on-line geyim satışı portalının və Almaniyanın “Zalando” şirkətinin ən böyük səhmdarı olan 46 yaşlı Povlsenin ümumi varidatı 4,5 milyard funt təşkil edir.

Ayın 21-də Ester (Pasxa) bayramı münasibətilə Povlsenin Şri-Lankaya həyat yoldaşı, üç qızı və bir oğlu ilə gəlib. Kolombonun ən təmtəraqlı mehmanxanalarından biri terrorçuların hücumuna məruz qalıb. Nəticədə həlak olanlar arasında Povlsenin üç övladı da var. Danimarka Xarici İşlər Nazirliyi partlayışlar nəticəsində üç danimarkalının həlak olduğunu açıqlayıb.

Qeyd edək ki, aprelin 21-də törədilən Şri-Lanka tarixində ən iri terror hücumu nəticəsində aralarında 30-dan çox əcnəbi olan 290 nəfər həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi