Şri-Lankada terror nəticəsində ölən əcnəbilərin sayı artıb

Şri-Lankada terror nəticəsində ölən əcnəbilərin sayı artıb Şri-Lankada aprelin 21-də kilsə və mehmanxanalarda törədilən hücumlar nəticəsində ölən əcnəbilərin sayı 42-yə çatıb.
Digər ölkələr
29 Aprel , 2019 17:51
Şri-Lankada terror nəticəsində ölən əcnəbilərin sayı artıb

Şri-Lankada aprelin 21-də kilsə və mehmanxanalarda törədilən hücumlar nəticəsində ölən əcnəbilərin sayı 42-yə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə ölənlər arasında Banqladeş, Yaponiya, Niderland, İsveçrə, Portuqaliya və ABŞ-ın hər birindən bir nəfər, Səudiyyə Ərəbistanı, Türkiyə, İspaniyanın hər birindən 2 nəfər, Danimarkadan 3 nəfər, Çindən dörd nəfər, Böyük Britaniyandan 6 nəfər, Hindistandan 11 nəfər, habelə Böyük Britaniya və ABŞ vətəndaşlığı olan 2 nəfər, Avstraliya və Şri-Lanka vətəndaşlığı olan 2 nəfər, İsveçrə və Niderland vətəndaşlığı olan bir nəfər, Niderland və Şri-Lanka vətəndaşlığı olan bir nəfər var. 25 əcnəbinin meyiti vətənlərinə yola salınıb.

Bununla yanaşı, daha 12 əcnəbi vətəndaş itkin hesab olunur. Hazırda həmin hadisələrdə xəsarət almış 5 əcnəbi səhiyyə müəssisələrində müalicə olunur.

Xatırladaq ki, aprelin 21-də ölkə ərazisində səkkiz partlayış törədilib. Bunlardan 6-sı Kolombo, Neqombo, Battikaloa şəhərlərində, digərləri isə Dehivale və paytaxt Kolombonun yaxınlığında baş verib.

Son xəbərlər

Orphus sistemi