Yuxarı

Şri-Lankada daha bir bomba tapılıb

Şri-Lankada daha bir partlayışın törədilməsinin qarşısı alınıb

Silsilə terror aktlarının baş verdiyi Şri-Lankada daha bir partlayışın törədilməsinin qarşısı alınıb.

Bu barədə "Report" "News 1st" telekanalına istinadən bildirir.

Ölkənin Hərbi Hava Qüvvələrinin əməkdaşlarına hava limanına gedən yol yaxınlığında şübhəli predmet haqqında məlumat verilib. Axtarışlar zamanı "Bandaranaike" beynəlxalq hava limanı yaxınlığında əldəqayırma partlayıcı qurğu aşkarlanıb.

Hərbçilər bombanı partlayışla zərərsizləşdiriblər.

Hadisə ilə əlaqədar aeroporta giriş vaxtı hər çanta yoxlanılıb. Nəticədə uzun növbələr yaranıb.

Qeyd edək ki, dünən Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində 215 nəfər həlak olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi