​İsrailin baş naziri: "Təəssüflər olsun ki, yəhudilər də terror əməlləri törədir"

​İsrailin baş naziri: "Təəssüflər olsun ki, yəhudilər də terror əməlləri törədir" "Biz istənilən tərəfdən törədilən terroru yolverilməz sayırıq"
Digər ölkələr
22 Dekabr , 2015 17:47
​İsrailin baş naziri: Təəssüflər olsun ki, yəhudilər də terror əməlləri törədir

Bakı. 22 dekabr. REPORT.AZ/ "Bizim mübarizə apardığımız ərəb terroru var. Təəssüflər olsun ki, yəhudilər tərəfindən törədilən terror aksiyaları da mövcuddur".

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bunu yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu "ŞABAK"a (İctimai Təhlükəsizlik Xidməti) qarşı hücumları ittiham edərkən söyləyib.

Onun sözlərinə görə, "ŞABAK" yəhudlər tərəfindən törədilən terror aksiyalarına qarşı mübarizə aparır. "Biz istənilən tərəfdən törədilən terroru yolverilməz sayırıq".

Son xəbərlər

Orphus sistemi