"Sputnik" agentliyi ABŞ Konqresində akkreditasiyadan məhrum edilib

"Sputnik" agentliyi ABŞ Konqresində akkreditasiyadan məhrum edilib Agentliyin Vaşinqtondakı müxbiri akkreditasiyadan keçirilməyib
Digər ölkələr
6 May , 2017 05:54
Sputnik agentliyi ABŞ Konqresində akkreditasiyadan məhrum edilib

Bakı. 6 may. REPORT.AZ/ Rusiyanın "Sputnik" agentliyinə ABŞ-ın Nümayəndələr Palatası və Senatında gedən dinləmələrdə iştirak etmək üçün daimi buraxılış vərəqəsi verilməyib.

"Report" xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Məlumata görə, "Sputnik"in Vaşinqtondakı müxbiri Endryu Faynberq akkreditasiyadan keçirilməyib.

Konqresin rəsmi nümayəndəsi Castin Uilson bunu onunla əsaslandırıb ki, Konqresdə təmsil olunan mətbuat nümayəndələri sırasında dövlət tərəfindən maliyyələşdirilən KİV işçisi ola bilməz.

Qeyd olunur ki, "Sputnik" bu qərardan şikayət edə bilər.

Son xəbərlər

Orphus sistemi