Şotlandiyada yeni referenduma hazırlıq başlayıb

Şotlandiyada yeni referenduma hazırlıq başlayıb Ölkədə krallıqdan ayırlmaqla bağlı məsələ yenidən gündəliyə gəlib
Digər ölkələr
2 Sentyabr , 2016 15:43
Şotlandiyada yeni referenduma hazırlıq başlayıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Şotlandiyanın birinci naziri Nikola Stercen ölkəsinin Böyük Britaniya və Şimali İrlandiya Krallığının tərkibindən çıxmaqla bağlı referendumun keçirilməsinə hazırlıq işlərinin görülməsini tapşırıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, birinci nazir referendumun keçirlməsi ilə bağlı Şotlandiya ictimaiyyətinin rəyinin öyrənilmə kampaniyasına başlanıldığını bildirib.

2014-cü ilin sentyabrında məsələ ilə bağlı keçirilən referndumda seçicilərin 53 faizi Britaniyanın tərkibində qalmağın lehinə, 47 faizi isə əleyhinə səs vermişdi.

Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı referendumdan sonra Şotlandiyada krallıqdan ayırlmaqla bağlı məsələ yenidən gündəliyə gəlib.

Xatırladaq ki, 2016-cı il iyunun 23-də Britaniyanın Avropa İttifaqının tərkibində qalmasının lehinə seçilərin 51,9 faizi, əleyhinə isə 48,1 faizi səs verib. 

Son xəbərlər

Orphus sistemi