Yuxarı

Şotlandiyada sürücü maşını uşaqların üzərinə sürüb, 5 nəfər xəsarət alıb

Hadisə zamanı xəsarət alan uşaqlar 12-14 yaş aralığında olub

Bakı. 25 mart. REPORT.AZ/ Şotlandiyanın Qlazqo şəhərində sürücünün avtomobili qəsdən insanların üzərinə sürməsi nəticəsində 5 uşaq xəsarət alıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan uşaqlar 12-14 yaş aralığında olub.

Uşaqlardan birinin xəsarəti ciddidir, digərləri ilkin tibbi yardımdan sonra evə buraxılıblar.

İki nəfərin olduğu avtomobil hadisədən sonra ərazidən uzaqlaşıb.

Yerli polis nümayəndəsi Piter Şarpın sözlərinə görə, avtomobil uşaqların üzərinə qəsdən sürülüb və bu səbəbdən hadisə sui-qəsd kimi nəzərdən keçirilir.

Hadisənin terrorla bağlı olma ehtimalı səsləndirilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi