Şotlandiyada kokain qaçaqmalçılığına görə Türkiyə dənizçiləri 20 və 22 illiyə azadlıqdan məhrum edilib

Şotlandiyada kokain qaçaqmalçılığına görə Türkiyə dənizçiləri 20 və 22 illiyə azadlıqdan məhrum edilib Narkotik maddələrin qaçaqmalçılığına cəhdin qarşısı Britaniya və Tanzaniya arasında əməkdaşlıq sayəsində alınıb
Digər ölkələr
12 Avqust , 2016 17:47
Şotlandiyada kokain qaçaqmalçılığına görə Türkiyə dənizçiləri 20 və 22 illiyə azadlıqdan məhrum edilib

Bakı. 12 avqust. REPORT.AZ/ Şotlandiya məhkəməsi Böyük Britaniyaya qaçaqmalçılıq yolu ilə rekord həcmdə kokain keçirmək cəhdinə görə Türkiyədən olan iki dənizçini müvafiq olaraq 20 və 22 illik müddətə azadlıqdan məhrum edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, narkotik maddələrin qaçaqmalçılığına cəhdin qarşısı Böyük Britaniya və Tanzaniya arasında əməkdaşlıq sayəsində alınıb.

Məlumata görə, gəminin kapitanı Mumin Şahin və birinci zabit Emin Özmen Qlazqo məhkəməsi tərəfindən müvafiq olaraq 22 və 20 il həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, ötən il Şotlandiyanın şərq sahillərində Tanzaniyadan gələn gəmidən 3,2 ton çəkidə kokain aşkarlanaraq müsadirə olunub. 664 milyon dollar məbləğində olan narkotik maddəni Hollandiyaya keçirmək planlaşdırılıbmış.

Son xəbərlər

Orphus sistemi