Yuxarı

Soros "Facebook" və "Google"ni cəmiyyət üçün təhlükə adlandırıb

Soros "Facebook" və "Google"ni cəmiyyət üçün təhlükə adlandırıb

97

Bakı. 26 yanvar. REPORT.AZ/ Amerikalı milyarder Corc Soros hesab edir ki, "Facebook" və "Google" cəmiyyət üçün təhlükəlidir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, C. Soros "Facebook" və "Google"nin asılılıq yaratdığını qeyd edib.

"Onlar qəsdən öz xidmətlərində asılılıq yaradırlar. Bu təhlükəli ola bilər, xüsusən yeniyetmələr üçün. İnternet-platformaları və qumar oyunları arasında oxşarlıqlar var. Kazinonu bütün oyunçuların pullarını əllərindən almaq üsulu kimi hazırlayıblar, hətta hansılarda ki, onlarda pul da yoxdur," – deyə "Business Insider" Sorosdan sitat gətirib.

O, həmçinin qeyd edib ki, "Facebook" və "Google" insanların azadlığı üzərində inhisar yaradır.

"Sosial şəbəkələr insanları muxtariyyətdən imtinaya məcbur edir və insanların diqqətini cəlb edən güc daha çox bir neçə şirkətin əllərində cəmləşir", - deyə o, izah edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi