Sorğu: Klinton Trampı 11% qabaqlayır

Sorğu: Klinton Trampı 11% qabaqlayır Sorğuda iştirak edənlərin 19,2%-i heç bir namizədi dəstəkləmir
Digər ölkələr
11 İyun , 2016 11:50
Sorğu: Klinton Trampı 11% qabaqlayır

Bakı. 11 iyun. REPORT.AZ/ Demokratik partiyadan ABŞ prezidenti postuna namizəd Hillari Klinton respublikaçı Donald Trampı xeyli qabaqlayır. 

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu "Ipos" şirkətinin "Reuters" agentliyi ilə birgə prezident seçkilərində potensial seçicilər arasında apardığı onlayn-sorğunun nəticələri göstərir. 

H.Klintonu sorğuda iştirak edənlərin 46%-i dəstəkləyir, 34,8% seçici isə Trampa səs verir. Beləliklə, Klintonun reytinqi Trampın reytinqindən 11% çoxdur. Sorğunun nəticələrinə görə, 19,2% insan heç bir namizədi dəstəkləmir.

Tədqiqat xətası ən çox 3,2% təşkil edir. 

Son xəbərlər

Orphus sistemi