Yuxarı

Sorğu: Britaniyada "Brexit" əleyhdarlarının sayı artıb

Sorğu: Britaniyada "Brexit" əleyhdarlarının sayı artıb
Sorğu 5-8 dekabr tarixlərində 1509 Böyük Britaniya vətəndaşı arasında aparılıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Böyük Britaniya vətəndaşları arasında aparılan sorğuya əsasən ölkənin Avropa Birliyindən çıxmasını istəməyənlərin sayı, qurumdan çıxmaq istəyənlərin sayındən 10 faiz çoxdur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "BMG Research" sosioloji xidməti məlumat yayıb.

Sorğu zamanı respondentlərə 2016-cı ildə keçirilən referendum zamanı verilən sual ünvanlanıb: Birləşmiş krallıq Avropa Birliyinin üzvü qalmalıdr yoxsa İttifaqı tərk etməlidir? Respondentlərin 51 faizi qurumda qalmağa, 41 faizi çıxmağa razılıq bildirib, rəyi soruşulanların 7 faizi – "bilmirəm” cavabını verib. Respondentlərin 1 faizi isə suala cavab veməkdən imtina edib.

Sorğu 5-8 dekabr tarixlərində 1509 Böyük Britaniya vətəndaşı arasında aparılıb.

Böyük Britaniyanın Aİ çıxıb-çıxmaması ilə bağlı referendum 2016-cı ilin 23 iyununda keçirilib. Səsvermədə Aİ əleyhdarları 51,9 faiz səs, qurumda qalmağın tərəfdarları isə 48,1 faiz səs toplayıb. Birləşmiş Krallığın Avropa Birliyindən ayrılmasının rəsmi tarixi 29 mart 2019-cu ilə təsadüf edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi