Sorğu: Almaniya kansleri uğrunda mübarizədə Angela Merkel və Martin Şultsun reytinqləri bərabərləşib

Sorğu: Almaniya kansleri uğrunda mübarizədə Angela Merkel və Martin Şultsun reytinqləri bərabərləşib Birbaşa seçkilər olsaydı, almanların 41%-i Merkeli, elə bir o qədəri də Şultsu dəstəkləyərdi
Digər ölkələr
26 Yanvar , 2017 15:35
Sorğu: Almaniya kansleri uğrunda mübarizədə Angela Merkel və Martin Şultsun reytinqləri bərabərləşib

Bakı. 26 yanvar. REPORT.AZ/ Almaniyanın hazırkı kansleri Angela Merkel və Almaniya Sosial Demokrat Partiyasından (SPD) kanslerliyə namizəd olan Martin Şultsun reytinqi bərabərləşib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ARD ictimai-hüquqi kanalının istəyi əsasında "Deutschland Trends Extra" tərəfindən aparılan sosioloji sorğunun nəticələri göstərir.

Məlumata görə, birbaşa seçkilər olsaydı, almanların 41%-i Merkeli, elə bir o qədəri də Şultsu dəstəkləyərdi.

Yanvarın 25-də keçirilən sorğuda yaşı 18-dən yuxarı olan 1011 Almaniya vətəndaşının rəyi soruşulub.

Qeyd edək ki, Bundestaqa seçkilər bu il sentyabrın 24-də keçiriləcək. Seçkilərin nəticələri əsasında hökumət formalaşacaq və yeni kanslerin (hökumət başçısı) adı açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi