Sorğu: ABŞ-da respublikaçı seçicilərin hər beşindən biri Donald Trampa qarşıdır

Sorğu: ABŞ-da respublikaçı seçicilərin hər beşindən biri Donald Trampa qarşıdır Respondentlərin 19%-i Trampın prezidentlik yarışını tərk etməli olduğunu düşünür
Digər ölkələr
10 Avqust , 2016 17:30
Sorğu: ABŞ-da respublikaçı seçicilərin hər beşindən biri Donald Trampa qarşıdır

Bakı. 10 avqust. REPORT.AZ/ Respublikaçı seçicilərin demək olar hər beşindən biri ABŞ prezidentliyi uğrunda yarışda Respublikaçılar Partiyasından namizəd olan Donald Trampın bu yarışı davam etdirməsinin əleyhinədir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu "Ipsos" şirkətinin "Reuters" agentliyi ilə birgə keçirdiyi sorğunun nəticələri sübut edir.

Belə ki, respondentlərin 19%-i Donald Trampın prezidentlik yarışını tərk etməli olduğunu düşünürsə, rəyi soruşulan 70%-i biznesmeni dəstəkləyir.

Keçirilən daha bir sorğunun nəticələri isə onu göstərib ki, qeydə alınmış bütün seçicilərin demək olar yarısı (44%) D.Trampın namizədliyini geri götürməsini istəyir və bu, milayrderin tərəfdarlarının sayından 9% çoxdur.

Son xəbərlər

Orphus sistemi