Sorğu: ABŞ-da müsəlmanlar diskriminasiyaya məruz qalırlar

Sorğu: ABŞ-da müsəlmanlar diskriminasiyaya məruz qalırlar "PEW Research Center"təşkilatının keçirdiyi sorğular bunu deməyə əsas verir
Digər ölkələr
7 Avqust , 2017 21:40
Sorğu: ABŞ-da müsəlmanlar diskriminasiyaya məruz qalırlar

Bakı. 7 avqust. REPORT.AZ/ ABŞ müsəlmanları hesab edirlər ki, diskriminasiyaya məruz qalırlar.

"Report" xəbər verir ki, "PEW Research Center" təşkilatın keçirdiyi sorğular bunu deməyə əsas verir.

ABŞ-da yaşayan müsəlman kişilərin 68%-i, müsəlman qadınların isə 83%-i bəyan ediblər ki, ABŞ-da onlar diskriminasiyaya məruz qalırlar. Sorğuda iştirak edənlərin 57%-i düşünür ki, son vaxtlar vəziyyət daha da pisləşib.

Xatırladaq ki, ABŞ-da əhalinin 1%-i (3.3 milyon) İslam dininə etiqad edir. 

Son xəbərlər

Orphus sistemi