Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 121 nəfərə çatıb

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 121 nəfərə çatıb Bakı. 3 fevral. REPORT.AZ/ Braziliyanın cənub-şərqində dağ-mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində ölənlərin sayı 121 nəfərə çatıb.
Digər ölkələr
3 Fevral , 2019 01:51
Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 121 nəfərə çatıb

Bakı. 3 fevral. REPORT.AZ/ Braziliyanın cənub-şərqində dağ-mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində ölənlərin sayı 121 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Globo telekanalı hadisənin verdiyi Minas-Jerays ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, ölənlərdən 93-nün şəxsiyyəti müəyyənləşdirilib. Son məlumata görə, hadisə zamanı daha 226 nəfər itkin düşüb.

Daha əvvəl bildirilirdi ki, dağ-mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində 115 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi