Son bir ayda Myanmada 300-dək müsəlman saxlanılıb

Son bir ayda Myanmada 300-dək müsəlman saxlanılıb Bakı. 29 noyabr. REPORT.AZ/ Myanmanın Arakan ştatında son bir ay ərzində məcburi şəkildə qaldıqları düşərgələrdən qaçmağa çalışan 300-dək rohinca müsəlmanı saxlanılaraq geri qaytarılıb.
Digər ölkələr
29 Noyabr , 2018 19:45
Son bir ayda Myanmada 300-dək müsəlman saxlanılıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Myanmanın Arakan ştatında son bir ay ərzində məcburi şəkildə qaldıqları düşərgələrdən qaçmağa çalışan 300-dək rohinca müsəlmanı saxlanılaraq geri qaytarılıb.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, noyabrın 25-də Arakan ştatının Sitve şəhərindən qaçmaq istəyən 93 rohincalının olduğu kater saxlanılmışdı. Yerli polisdən verilən məlumata görə, onlar arasında 33 qadın və 16 nəfər 15 yaşadək uşaq olub.

Bundan əvvəl hərbi gəmilər tərəfindən göyərtəsində 10660 nəfər rohincalı olan daha iki kater saxlanılmışdı.

Qeyd edək ki, ötən əsrin 70-ci illərindən etibarən təzyiqlərə və etnik təmizləməyə məruz qalan Myanmanın rohinca əhalisinin 80 faizi, yəni 2 milyonadək sakini qonşu ölkələrdə sığınacaq tapıb.

Son xəbərlər

Orphus sistemi