Son 5 ayda Türkiyədə 689 terrorçu məhv edilib

Son 5 ayda Türkiyədə 689 terrorçu məhv edilib Süleyman Soylu: "49 "nüfuzlu" terrorçu həbs edilib"
Digər ölkələr
13 Fevral , 2017 02:02
Son 5 ayda Türkiyədə 689 terrorçu məhv edilib

Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkənin təhlükəsizlik qüvvələrinin terror təşkilatlarına, o cümlədən PKK-a qarşı uğurlu mübarizəsindən danışıb.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Nazir bildirib ki, Türkiyənin Hərbi Qüvvələri qış mövsümündə PKK-a qarşı 129 əməliyyat keçirib, terrorçuların qərargahlarına və sığınacaqlarına 125 zərbə endirib. "Türkiyənin 22 vilayətində beş ay ərzində terrorçuların 661 sığınacağı məhv edilib" – deyə S.Soylu qeyd edib.

Bununla yanaşı, antiterror əməliyyatları çərçivəsində terrorçulara kömək etməkdə şübhəli bilinən 8477 nəfər saxlanılıb. Onlardan 2603 nəfər həbs edilib.

Terrorçulara maliyyə dəstəyi verən 79 bələdiyyənin rəhbərliyi dəyişdirilib. "Son 5 ay ərzində 49 "nüfuzlu" terrorçu həbs olunub, 689 terrorçu məhv edilib və 126 terror aktının qarşısı alınıb" – deyə nazir vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi