Yuxarı

Son 3 gündə Aralıq dənizində 204 miqrant boğulub

Son 3 gündə Aralıq dənizində 204 miqrant boğulub

Bakı. 2 iyul. REPORT.AZ/ Beynəlxalq Miqrasiya iyunun 29-dan iyulun 1-dək Aralıq dənizində 200-dən çox insanın boğulduğunu xəbər verib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, ayrı-ayrı mənbələrin məlumatına görə, son 3 gündə Liviya sahillərində 204 miqrant batıb.

Qeyd edilir ki, onlardan 103-ü cümə günü – iyunun 29-da baş verən gəmi qəzasının qurbanı olublar. Buna oxşar daha bir hadisə bazar günü – iyulun 1-də baş verib. Lakin təşkilat həlak olanların dəqiq sayını açıqlamır. Yalnız 41 nəfəri xilas edildiyi xəbər verilir.

Bununla da bu il dənizdə boğulan miqrantların sayı 1000 nəfəri ötüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi