Yuxarı

Son 1 ayda Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürülüb

Son 1 ayda Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürülüb
© Foto: "Anadolu"

Bakı. 23 sentyabr. REPORT.AZ/ Son 1 ayda Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürülüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Tarık Şah Bəhrami parlamentdəki çıxışında bildirib.

O, qeyd edib ki, son 1 ayda terrorçularla döyüşlərdə təhlükəsizlik qüvvələrinin 700-dən çox əməkdaşı yaralanıb. Bu müddət ərzində təhlükəsizlik qüvvələrinin 43 əməkdaşı terrorçular tərəfindən əsir götürülüb.

Nazir bununla belə qeyd edib ki, ötən ay terrorçuların da itkiləri 3 dəfə artıb. Tarık Şah Bəhraminin sözlərinə görə, təhlükəsizlik qüvvələrinin əməkdaşları üçün qanlı aylar geridə qalıb. 

Nazirlik yeni təhlükələrin qarşısının alınması üçün bəzi planlar üzərində çalışır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi