Somalidə partlayış nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb - YENİLƏNİB-2

Somalidə partlayış nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb - YENİLƏNİB-2 Daha 48 nəfərin yaralanıb
Digər ölkələr
11 Dekabr , 2016 17:53
Somalidə partlayış nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb - YENİLƏNİB-2

Bakı. 11 dekabr. REPORT.AZ/ Somalinin paytaxtı Moqodişo şəhərinin limanı yaxınlığında terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində ölənlərin sayı 29 nəfər çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Reuters" məlumat yayıb.

***11:05

Bazar günü Somalinin paytaxtı Moqodişo şəhərinin limanı yaxınlığında terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində ölənlərin sayı 16 nəfər çatıb.

"Report" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, terror aktı nəticəsində 48 nəfər yaralanıb.

***10:05

Somalinin paytaxtı Moqodişo şəhərinin limanı yaxınlığında terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində ən azı 3 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Reuters" məlumat yayıb.

"İndiyədək üç dinc sakin ölüb, daha 7 nəfər yaralanıb", — deyə agentlik insidenti araşdıran mayor Abdikadi Əhmədin sözlərini sitat gətirib.

O əlavə edib ki, ölənlərin sayı arta bilər, çünki partlayış yeri yaxınlığında ictimai nəqliyyat olub.

Son xəbərlər

Orphus sistemi