Somali paytaxtında otelə hücum: 11 ölü - YENİLƏNİB

Somali paytaxtında otelə hücum: 11 ölü - YENİLƏNİB Ölkənin baş naziri və nəqliyyat naziri yaralanıb
Digər ölkələr
20 Fevral , 2015 16:04
Somali paytaxtında otelə hücum: 11 ölü - YENİLƏNİB

Bakı. 20 fevral. REPORT.AZ/ Somalinin paytaxtında otelə hücum nəticəsində ən azı 11 nəfər həlak olub. "Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə Moqadişo polis idarəsindən bildirilib. 

Polisin məlumatına görə, "əş-Şəbab" yaraqlılarının otelə hücumu nəticəsində ölkənin baş naziri və nəqliyyat naziri yaralanıb. 

İlk xəbər 15:33-də qoyulub

Somalinin paytaxtı Moqadişuda naməlum şəxslər otelə hücum edib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Hazırda Somali hökumətinin nazirləri, eləcə də deputatlar oteldədir.

Bir müddət əvvəl şəhərin mərkəzindəki prezident sarayının yaxınlığında baş verən güclü partlayış barədə məlumat yayılıb. Ölən və yaralananlar haqqında heç bir məlumat yoxdur. 

Son xəbərlər

Orphus sistemi