Bakı. 21 aprel. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişonun mərkəzində restoranlardan birində baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Report" "RİA Novost"yə istinadən xəbər verir ki, intiharçı terrorçunun partlayıcı maddə ilə dolu olan avtomobili şəhər restoranlarından birinin qapısına çarpması nəticəsində partlayış baş verib.
Hadisənin məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.
"Əş-Şəbab" ("Gənc mücahidlər hərəkatı") terrorçu qruplaşması Somalidə yerləşir. Xəbərə görə, bu terrorçu təşkilatın "əl-Qaidə" ilə sıx əlaqələri var.