​Somalidə təyyarədə terror aktına görə aeroport əməkdaşları saxlanılıb - VİDEO

​Somalidə təyyarədə terror aktına görə aeroport əməkdaşları saxlanılıb - VİDEO İstintaq partlayışın təşkilində "Əş-Şabab" qruplaşmasını şübhəli bilir
Digər ölkələr
7 Fevral , 2016 18:55
​Somalidə təyyarədə terror aktına görə aeroport əməkdaşları saxlanılıb - VİDEO

Bakı. 7 fevral. REPORT.AZ/ Somalinin Moqodişo hava limanının əməkdaşları "Daallo" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində törədilən terror aktına dair iş üzrə saxlanılıblar.

"Report" xəbər verir ki, bu barədə Somalinin hökumət nümayəndəsi Əbdislam Aatoya istinadən CNN məlumat yayıb.

Ölkənin Kəşfiyyat Xidməti faktla bağlı video yazı yayıb. Videoda bir hava limanı əməkdaşının digərinə noutbuk verdiyi müşahidə olunur. Məhz bu qurğu, iddiaya görə, təyyarənin göyərtəsində partlayıb.

Noutbuku göyərtəyə partlayış zamanı ölən Əbdullahi Əbdisalam Borlex keçirib. O partlayış zamanı təyyarənin salonunda yaranan dəliyə düşüb.

İstintaq partlayışın təşkilində "Əş-Şabab" qruplaşmasını şübhəli bilir.

Hadisə fevralın 2-də baş verib. Partlayışa və göyərtədə yaranan dəliyə baxmayaraq təyyarə uğurla eniş edə bilib. Nəticədə 3 nəfər zərər çəkib.

Son xəbərlər

Orphus sistemi