Somalidə terrorçu-kamikadze özünü hotelin yaxınlığında partladıb, doqquz nəfər ölüb

Somalidə terrorçu-kamikadze özünü hotelin yaxınlığında partladıb, doqquz nəfər ölüb Kamikadze hotelin yanındakı kafedə izdihamlı yerdə bombanı işə salıb
Digər ölkələr
31 Mart , 2016 13:25
Somalidə terrorçu-kamikadze özünü hotelin yaxınlığında partladıb, doqquz nəfər ölüb

Bakı. 31 mart. REPORT.AZ/ Somalinin mərkəzində yerləşən Muduq əyalətinin Qalkayo şəhərində terrorçu-kamikadze özünü hotelin yaxınlığında partladıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, yerli polis 9 nəfərin ölməsi barədə məlumat yayıb. Hadisə "Unlay" hotelinin yaxınlığında baş verib. İlkin məlumatlara görə, ölənlər arasında Puntlend rayonunun məmurlarından biri və onun 5 cangüdəni də var. Qeyd edilir ki, kamikadze hotelin yanındakı kafedə izdihamlı yerdə bombanı işə salıb.

Partlayışa görə məsuliyyəti üzərinə "Əl-Şabab" radikal qruplaşması götürüb.

Xatırladaq ki, dünən gecə saatlarında Somalinin paytaxtı Moqudişoda Türkiyə vətəndaşlarını aparan avtomobilə silahlı hücum olmuşdu. Nəticədə Türkiyə, Azərbaycan və Somali vətəndaşları öldürülmüşdü. Bir neçə nəfər isə yaralanmışdı.

Son xəbərlər

Orphus sistemi