Bakı. 5 may. REPORT.AZ/ Somalidə "Əş-Şabab" ekstremist qruplaşmasına qarşı aparılan əməliyyat zamanı ABŞ hərbçisi ölüb.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, əməliyyat Somali ordusu ilə birgə paytaxt Moqodişodan 64 km. aralıda aparılıb.
ABŞ Silahlı Qüvvələri komandanlığının Afrikadakı nümayəndəsi Patrik Barnsın sözlərinə görə, bu, 1993-cü ildən bu yana Somalidə gedən döyüşlərdə ölən ilk amerikalı hərbçidir.