Bakı. 14 iyul. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda prezident sarayının yaxınlığında atışma ilə müşaiyət edilən iki partlayış olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı “Associated Press” yayıb.
Partlayış nəticəsində ehtimal olunan dağıntı və ya qurbanların olması barədə məlumat verilməyib.