Yuxarı

Somalidə partlayış törədilib, ölənlər var

Somalidə partlayış törədilib, ölənlər var

Somalinin Balkad şəhəri yaxınlığında yolun kənarında yerləşdirilən fuqasın partlaması nəticəsində azı 10 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, yerli sakinlərin verdiyi məlumata görə, partlayışdan əvvəl şəhər naməlum dəstə tərəfindən iriçaplı pulemyotlardan atəşə tutulub.

Bu hücumun məsuliyyətini hələlik üzərinə götürən olmasa da, müşahidəçilər üsula əsaslanaraq “Əş Şəbab” qrupundan şübhələnirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi