Somalidə partlayış nəticəsində Türkiyə vətəndaşları xəsarət alıblar

Somalidə partlayış nəticəsində Türkiyə vətəndaşları xəsarət alıblar Somalinin cənubundakı Afqoye şəhərində terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində Türkiyə vətəndaşları da daxil olmaqla azı 3 nəfər ölüb, 20 nəfər yaralanıb.
Digər ölkələr
18 Yanvar , 2020 17:06
Somalidə partlayış nəticəsində Türkiyə vətəndaşları xəsarət alıblar

Somalinin cənubundakı Afqoye şəhərində terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində Türkiyə vətəndaşları da daxil olmaqla azı 3 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum türkiyəli işçiləri Somalinin paytaxtı Moqadişoya gedən yolda müşayiət edən polis karvanına qarşı törədilib.

Somali hökumətinin nümayəndəsi İsmail Muxtar Oronco ölənlər arasında Somalinin xüsusi təyinatlılarının komandanının müavininin də olduğunu söyləyib.

Türkiyənin Moqadişodakı səfirliyindən verilən məlumata görə, partlayış nəticəsində 4 mütəxəssis yaralanıb. Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. Türkiyənin Müdafiə Nazirliyi hücumu qınayıb.

Son xəbərlər

Orphus sistemi