Moqadişoda partlayış nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Moqadişoda partlayış nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB Şənbə günü Somalinin paytaxtı Moqadişoda baş vermiş partlayış nəticəsində azı 9 nəfər ölüb, 25 nəfər yaralanıb.
Digər ölkələr
16 İyun , 2019 06:30
Moqadişoda partlayış nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Şənbə günü Somalinin paytaxtı Moqadişoda baş vermiş partlayış nəticəsində azı 9 nəfər ölüb, 25 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinhua" məlumat yayıb.

Somali polis komissarı Bəşir Əbdi Məhəmməd jurnalistlərə bildirib ki, "Səid kəsişməsi yaxınlığında bombanın partlaması nəticəsində doqquz nəfər ölüb, 25-i isə yaralanıb".

İkinci partlayış aeroporta gedən yolda törədilib. Polisin məlumatına görə, partlayışı terrorçu həyata keçirib. Qanun keşikçiləri onun partlayış nəticəsində yaralanmış silahdaşını saxlayıblar.

Partlayışlara görə məsuliyyəti "Əş-Şabab" terror qruplaşması öz üzərinə götürüb.


***21:18

Şənbə günü Somalinin paytaxtı Moqadişoda yerləşən parlament binası yaxınlığında partlayış baş verib.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, nəticədə 8 nəfər ölüb, daha 16 nəfər yaralanıb.

Daha əvvəl iki partlayışın baş verdiyi bildirilirdi. İkinci partlayış hava limanına gedən yol kənarında qeydə alınıb.

Partlayışlara görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi