Somalidə oktyabrda törədilmiş terror aktı qurbanlarının sayı 512 nəfərə çatıb

Somalidə oktyabrda törədilmiş terror aktı qurbanlarının sayı 512 nəfərə çatıb Bundan əvvəl 358 nəfərin öldüyü bildirilirdi
Digər ölkələr
2 Dekabr , 2017 19:36
Somalidə oktyabrda törədilmiş terror aktı qurbanlarının sayı 512 nəfərə çatıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Oktyabrın 14-də Somalinin paytaxtı Moqadişoda törədilmiş terror aktı qurbanlarının sayı 512 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə istintaq komissiyasının hesabatına istinadən "Associated Press" məlumat yayıb.

Son məlumatlara görə, hadisə zamanı 312 nəfər yaralanıb, daha 62-si itkin düşmüş hesab olunur. Bu, ölkə tarixində ən qanlı terror aktı hesab edilir.

Bundan əvvəl ölənlərin 358, yaralıların 228, itkin düşənlərin isə 56 nəfər olduğu bildirilirdi.

Oktyabrın 14-də Moqadişonun insanların sıx olduğunu küçəsində minalanmış yük maşını partladılıb.

Son xəbərlər

Orphus sistemi