Yuxarı
    Bağlamaq

    Somalidə iki terror aktı nəticəsində 16 nəfər ölüb

    Bakı. 14 oktyabr. REPORT.AZ/ Somalinin Baydabo şəhərində terrorçu-kamikadzelər tərəfindən törədilən iki partlayış nəticəsində 16 nəfərədək adam ölüb, təqribən 20-si xəsarət alıb.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli polis nümayəndəsinə istinadən AFP məlumat yayıb.

    Bildirilir ki, restoranda törədilən birinci partlayış nəticəsində 7 nəfər həyatını itirib. Kafedə baş verən digər partlayış zamanı isə 9 nəfər ölüb.

    Qeyd olunur ki, bəzi zərərçəkənlər ciddi xəsarət alıblar.

    Xatırladaq ki, oktyabrın 13-də Əfqanıstanda seçkiqabağı tədbirdə onlarla insanın ölümü ilə nəticələnən üç partlayış baş verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi