Yuxarı

Somalidə güclü partlayış baş verib

Somalidə güclü partlayış baş verib

Somalinin paytaxtı Moqadişu şəhərinin mərkəzində güclü partlayış baş verib.

“Report” “RİA Novosti”ə istinadən xəbər verir ki, hadisə Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyi və digər hökumət binalarının yaxınlığında qeydə alınıb. 

Avtomobildəki partladıcı qurğu işə salındıqdan sonra isə naməlum şəxslər Milli Təhlükəsizlik və Kəşfiyyat Agentliyinə hücum ediblər.

Partlayışın məsuliyyətini "Əş-Şəbab" terrorçu qruplaşması üzərinə götürüb. 

“Biz binanın içərisindəyik, atışma davam edir. Təfərrütları daha sonra bildirəcəyik”, - deyə təşkilatın sözçüsü Əbdüəziz Əbu Musab “Reuters”ə açıqlamasında bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi