Somalidə “Əş Şəbab” terror qruplaşmasının 50-dən artıq üzvü öldürülüb

Somalidə “Əş Şəbab” terror qruplaşmasının 50-dən artıq üzvü öldürülüb Əməliyyat zamanı 5 hərbçi həlak olub, 4-ü yaralanıb
Digər ölkələr
7 Yanvar , 2015 07:09
Somalidə “Əş Şəbab” terror qruplaşmasının 50-dən artıq üzvü öldürülüb

Bakı. 7 yanvar. REPORT.AZ/ Somalidə yarımuxtar Puntlend bölgəsinin təhlükəsizlik qüvvələri son bir həftə ərzində “Əş Şəbab” terror qruplaşmasının 54 üzvünü öldürüblər, daha 46 terrorçu yaralanıb.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Puntlend bölgəsinin rəhbəri Abdivali Məhəmməd Əli bildirib. Onun sözlərinə görə, əməliyyat zamanı 5 hərbçi həlak olub, 4-ü yaralanıb.

Qeyd edək ki, Yeni il ərəfəsində “Əş Şəbab” terror qruplaşmasının üç lideri aviazərbələr nəticəsində öldürülmüşdü.

Son xəbərlər

Orphus sistemi