Somalidə "Əş-Şabab" terrorçularının hücumu nəticəsində 59 nəfər öldürülüb

Somalidə "Əş-Şabab" terrorçularının hücumu nəticəsində 59 nəfər öldürülüb Hücum zamanı 40-a yaxın şəxs xəsarət alıb
Digər ölkələr
10 İyun , 2017 18:50
Somalidə Əş-Şabab terrorçularının hücumu nəticəsində 59 nəfər öldürülüb
Courtesy İmage

Bakı. 10 iyun. REPORT.AZ/ "Əş-Şabab" terror qruplaşmasının Somalinin şimal-qərbindəki Af Urur şəhərinə hücumu nəticəsində 59 nəfər öldürülüb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" hərbçilərə istinadən xəbər verib.

Ölkənin hərbi qüvvələrinin nümayəndələrinin sözlərinə görə, hücum zamanı 40-a yaxın şəxs xəsarət alıb. "Biz 59 nəfərin, o cümlədən 6 qadının öldürüldüyünü təsdiqləyirik. 38 nəfər xəsarət alıb" – deyə mayor Məhəmməd Abdi bildirib.

Qeyd edək ki, ilkin məlumatda 38 nəfərin öldürüldüyü, 18 nəfərin xəsarət aldığı bildirilirdi. Terrorçular isə 60-dan çox Somali hərbçisinin öldürdüklərini bildiriblər. Somalinin hərbi qüvvələri sonradan şəhərə nəzarəti ələ alıb.

Son xəbərlər

Orphus sistemi