Somalidə deputatın avtomobili yaxınlığında partlayış törədilib, ölənlər var

Somalidə deputatın avtomobili yaxınlığında partlayış törədilib, ölənlər var Somalidə deputatın avtomobili yaxınlığında partlayış törədilib.
Digər ölkələr
18 Sentyabr , 2019 23:42
Somalidə deputatın avtomobili yaxınlığında partlayış törədilib, ölənlər var

Somalidə deputatın avtomobili yaxınlığında partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə yerli "Garowe Online" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt Moqadişoda, deputat Əbdülqadir Arabounun avtomobili yaxınlığında baş verib. Partlayış zamanı deputatın sürücüsücangüdəni həlak olub. Bildirilir ki, deputat özü hadisə zamanı xəsarət almayıb.

Yerli radiostansiya "Dalsan" bildirib ki, hadisə zamanı daha bir neçə nəfər xəsarət alıb.

DPA agentliyinin məlumatına görə, partlayış zamanı 4 nəfər həlak olub, daha 7 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi