Yuxarı

Somalidə BQXK-nın əməkdaşı oğurlanıb

Somalidə BQXK-nın əməkdaşı oğurlanıb

Bakı. 3 may. REPORT.AZ/ Naməlum silahlılardan ibarət qrup Somalinin paytaxtında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) tibb bacısı işləyən əməkdaşını oğurlayıblar.

"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə humanitar təşkilatdan bildirilib.

Oğurluq hadisəsi çərşənbə günü, yerli vaxtla saat 20:00-da silahlı qrup üzvlərinin BQXK-ın Moqadişodakı ərazisinə soxulması zamanı baş verib.

"BQXK müxtəlif dövlət orqanları ilə əlaqədədir və onun azad edilməsinə çalışır", - deyə təşkilat bildirib.

Digər təfərrüatlar açıqlanmır. KİV-in məlumatına görə, oğurlanan şəxs Somaliyə Almaniyadan gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi