Yuxarı
    Bağlamaq

    Somalidə baş vermiş partlayışlarda ölənlərin sayı artıb - YENİLƏNİB

    Dünən Moqadişoda iki avtomobil partladılıb

    Bakı. 24 fevral. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda baş vermiş partlayışlarda ölənlərin sayı 21 nəfərə çatıb.

    "Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

    Ölənlərin sayının artacağı istisna olunmur. Qeyd edilir ki, partlayış zamanı daha 20 nəfər xəsarət alıb. 

    Qeyd edək ki, dünən Moqadişoda iki avtomobil partladılıb. Bundan sonra isə atışma başlayıb.


    ***21:54

    Somalidə baş vermiş iki partlayışda 18 nəfər həlak olub.

    "Report" xəbər verir ki, bu barədə "Reuters" tibb işçilərinə istinadən məlumat yayıb.

    Hadisə bu gün axşam saatlarında baş verib. Belə ki, Moqadişoda iki avtomobil partladılıb. Bundan sonra isə atışma başlayıb.

    "18 nəfər həlak olub, daha 20 nəfər yaralanıb", - deyə həkimlər bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi