Bakı. 1 oktyabr. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişo şəhərində üzərində Avropa İttifaqı və İtaliya bayraqları qaldırılan zirehli maşınların qarşısına partladıcı qurğu qoyulmuş avtomobil sürülüb və partlayış baş verib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, hadisə Somali Müdafiə Nazirliyinin qarşısında qedə alınıb.
Ölən və yaralananlar haqqında hələlik məlumat verilmir.