Bakı. 20 oktyabr. REPORT.AZ/ Bazar ertəsi Somalinin mərkəzində iki üsyançı qrup nümayəndələri arasında baş verən toqquşma nəticəsində ən azı 10 nəfər ölüb, 15-dən artıq şəxs yaralanıb.
"Report" xəbər verir ki, bu barədə polis nümayəndələri və yerli sakinlərə istinadən DPA agentliyi məlumat yayıb.
Silahlı toqquşmalar "kommersiya maraqları" zəminində başlayıb. Qruplaşmalardan birinin nümayəndələri digərinə məxsus olan yük maşınları sahiblərinə rüsum qoymaq istəyiblər. Atışmaya gətirib çıxaran münaqişə ölkənin mərkəzi hissəsində yerləşən Beledueyn şəhərindəki qanunsuz nəzarət-buraxılış məntəqəsində baş verib.