Bakı. 7 yanvar. REPORT.AZ/ Somalidə ABŞ-ın endirdiyi hava zərbəsi nəticəsində "Əş-Şabab" terror qruplaşmasının 6 yaraqlısı məhv edilib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Amerika Silahlı Qüvvələrinin Afrika komandanlığı məlumat yayıb.
Zərbə bazar günü ölkənin cənub-şərqində yerləşən Aşağı Şabelle əyalətinə endirilib. Bundan əlavə, bir avtomobil məhv edilib.
Daha əvvəl Somalidə ABŞ hərbçilərinin hava zərbəsi nəticəsində 60-dək terrorçu məhv edilib.