Somalidə 50-dən çox terrorçu məhv edilib

Somalidə 50-dən çox terrorçu məhv edilib Bakı. 20 yanvar. REPORT.AZ/ Somalidə Birləşmiş Ştatların endirdiyi hava zərbələri nəticəsində Əş-Şabab terror qruplaşmasının 50-dən çox yaraqlısı ölüb.
Digər ölkələr
20 Yanvar , 2019 07:54
Somalidə 50-dən çox terrorçu məhv edilib

Bakı. 20 yanvar. REPORT.AZ/ Somalidə Birləşmiş Ştatların endirdiyi hava zərbələri nəticəsində "Əş-Şabab" terror qruplaşmasının 50-dən çox yaraqlısı ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ silahlı qüvvələrinin Afrika komandanlığı məlumat yayıb.

Bildirilir ki, aviazərbə şənbə günü ölkənin cənubunda yerləşən Orta Cubba əyalətinin Cilib şəhəri yaxınlığında, terrorçulardan ibarət böyük bir qrupun Somali milli ordusuna hücumuna cavab olaraq endirilib.

Son xəbərlər

Orphus sistemi