Yuxarı

Somalidə 4 terror aktı törədilib, təqribən 50 nəfər ölüb

Somalidə 4 terror aktı törədilib, təqribən 50 nəfər ölüb
Terrorçular əvvəlcə minalanmış avtomobili partladıblar

Bakı. 22 mart. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda ardıcıl törədilən 4 terror aktı nəticəsində 50-yə yaxın adam ölüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, terrorçular əvvəlcə Prezident sarayı yaxınlığında minalanmış avtomobili partladıblar.

Partlayışdan bir qədər sonra bir neçə yaraqlı ölkənin Müdafiə Nazirliyi yanında atəş açıb.

Bir qədər sonra Milli Teatrın yaxınlığında daha bir minalanmış avtomobil partladılıb, ardınca yerli otel yaxınlığında partlayış baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi