​Somalidə 20-dən çox terrorçu məhv edilib

​Somalidə 20-dən çox terrorçu məhv edilib Daha 20 "Əş-Şabab" yaraqlısı ələ keçib
Digər ölkələr
25 Mart , 2016 21:18
​Somalidə 20-dən çox terrorçu məhv edilib

Bakı. 25 mart. REPORT.AZ/ Somalinin Qalmuduq ştatında son sutka ərzində "Əş-Şabab" radikal qruplaşmasının ən azı 23 yaraqlısı məhv edilib, daha 22 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə cümə günü "Sinxua" agentliyi məlumat yayıb.

"Bizim silahlı qüvvələrimiz 23 yaraqlını zərərsizləşdiriblər, bir neçə digərini saxlayıblar, həmçinin silah-sursat götürülüb", — deyə yerli hakimiyyət nümayəndəsi Məhəmməd Aden Osman bildirib.

Son xəbərlər

Orphus sistemi