Bakı. 1 avqust. REPORT.AZ/ Somali hökuməti Fətullahçı terror təşkilatına (FETÖ) bağlı bir xəstəxana və iki məktəbi bağlayıb.
"Report" "Milliyet"ə istinadən xəbər verir ki, rəsmi Moqadişo Ankaranın 15 iyul dövlət çevrilişi cəhdindən sonra müraciətinə müsbət reaksiya verib.
Məlumata görə, Somali polisi "Turkish Nile Academy"yə aid iki böyük məktəbdə, eyni zamanda Dəva xəstaxanasında əməliyyat keçirib.
Somali hökuməti türkiyəli işçilərin ölkəni tərk etdiyini açıqlayıb.